Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Yuxarı Tala kəndində keçirilib

15 yanvar 2025 | 15:03
Rayon rəhbərinin növbəti səyyar qəbulu Yuxarı Tala kəndində keçirilib.
Görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat nümayəndələri və kənd sakinləri iştirak ediblər. Ümumilikdə 74 nəfərin iştirak etdiyi görüşdə vətəndaşları narahat edən əsas problem kənd arayollarının təmiri, kəndin elektrik infrastrukturunun yenilənməsi və təbii qaz xəttinin çəkilişi ilə bağlı məsələlər olmuşdur.
Keçidlər