Narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
21 fevral 2024 – cü il tarixində Zaqatala Rayon İcra Hakimiyyəti və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzinin təşkilatçılığı ilə Qazangül qəsəbəsi tam orta məktəbində Narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə RİHBA-nın aparıcı məsləhətçisi, RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Vaqif Abdullayev, UADM-in əməkdaşları, Zaqatala Rayon Polis Şöbəsinin Narkomaniya ilə mübarizə qrupunun əməkdaşı Fuad Köngülov, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Görüşdə narkomaniyanın insan həyatında sağalmaz fəsadlarının yaranmasından, cəmiyyətdə “Ağ ölüm” kimi tanınan əsrin bəlası olan narkomaniyanın yaratdığı xəstəliklərdən və onlara qarşı mübarizədən, dövlətimizin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi tədbirlərdən və ətraflı məlumat verildi. Şagirdlərin və müəllimlərin fikirləri dinlənildi. Sonda “Narkomaniyaya yox deyək!”, “Yox deməyi bacar”, “Övladınıza narkotikdən daha yaxın olun!”, “Narkotiksiz həyat sağlam gələcək deməkdir!” adlı maarifləndirici bukletlər paylanılmışdır.