Şriftin ölçüsü :

Saytın rəngi :

Mina təhlükəsizliyi barədə maarifləndirici tədbir

25 may 2022 | 11:03
İşğaldan azad olunmuş ərazilərdə düşmən tərəfindən basdırılmış minalar, eləcə də əvvəlki cəbhəboyu ərazilərdə çoxsaylı partlamamış hərbi sursatlar vətəndaşların həyatı üçün hər zaman təhlükə törətməkdədir. Bununla belə, mina və ya partlamamış hərbi sursatların işğaldan azad olunmuş ərazilərlə yanaşı ölkənin digər rayonlarında də aşkarlanması mümkündür. Məhz belə şəraitdə vətəndaşların bu tip təhlükəli vasitələr haqqında məlumatsız olması böyük təhlükələrə yol aça bilər.
Bu səbəbdən Zaqatala Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi və Fövqəladə Halla Nazirliyi birgə təşkilatçılığı ilə Zaqatala şəhər 3 saylı tam orta məktəbdə mina təhlükəsizliyi, onun fəsadları barədə şagirdlərlə maarifləndirici tədbir həyata keçirilmişdir.
Keçidlər