Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuatın yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

22 iyul 2026 | 15:11
Bu gün Milli Mətbuatın yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir.
Bu münasibətlə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bir qrup media nümayəndəsi ilə görüşmüşdür. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin "Heydər Parkında" ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir rayonumuzun yüzillik tarixə malik mətbu orqanı olan "Zaqatala" qəzeti redaksiyasında davam etdirilmişdir. Tədbirdə rayon rəhbəri çıxış edərək media və KİV nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək Azərbaycan milli mətbuatının keçdiyi zəngin inkişaf yolundan, müasir medianın cəmiyyətin həyatındakı rolundan və dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.
Keçidlər