“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirilmişdir
24 iyun 2023 | 10:26
Heydər Əliyev Mərkəzində ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə RİHB-nın müavini, İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə müəssisə və təşkilat rəhbərləri, Uşaq Səfirlər Məclisinin Zaqatala rayonu üzrə nümayəndələri və 11-16 yaşlı fəal məktəblilər iştirak etmişlər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.