Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

07 mart 2024 | 10:33

Mədəniyyət naziri Adil Kərimli Zaqatala şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Zaqatala şəhərindəki abidəsi önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla yad edilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və digər məsələlərlə bağlı olub.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qeydiyyata götürülüb, araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər