Kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb
Mayın 3-də Zaqatala Rayonunda kümçülərə ipəkqurdu toxumunun paylanılması prosesinə start verilib.
Builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdiriləcək. Direktorun sözlərinə görə, bu il Çindən ölkəmizə 5 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) gətirilib. Bundan əlavə, Qax Damazlıq İpəkçilik Stansiyasının özündə yerli istehsal hesabına 1000 qutu elit və sənaye tut ipəkqurdu toxumu da hazırlanıb. Beləliklə, bu il kümçülərə əvəzsiz olaraq 6 min qutu ipəkqurdunun paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma müəssisələrində də həyata keçirilib. Stansiyanın özündə 4710 qutu ipəkqurdu toxumu inkubasiya olunub və iki mərhələdə 36 rayonun kümçülərinə paylanılacaq.