Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşüb

06 oktyabr 2023 | 10:44

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov oktyabrın 6-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciəti əsasən suvarma, toxumluq sahələrin aprobasiyası, işə qəbul, məhsul satışına köməklik göstərilməsi, damazlıq heyvanlara görə dövlət güzəştinin tətbiqi və digər məsələlərlə bağlı olub.

Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Elçin Zeynalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər