Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 34-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
26 fevral 2026 | 14:04
Üzərindən 34 il keçməsinə baxmayaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda soydaşlarımızın başına gətirilən müsibətin ürəyimizdəki ağrı-acısı da, günahsız insanlarımıza divan tutan qaniçən düşmənə nifrət və qəzəb hissimiz də o faciənin yaşandığı tarixdəki kimi təzədir və bu, qiyamətə qədər belə olacaq.
Faciənin ildönümü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin kollektivi, millət vəkili Asif Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayonda məskunlaşan Xocalı sakinləri və ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə Zaqatala şəhərində ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 34-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.






