“HEYDƏR ƏLİYEV-100 Ulu Öndər və Milli-Mənəvi Dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Qafqaz Müsəllmanları İdarəsinin təşkilatçılığı ilə Zaqatala İslam Kollecində “HEYDƏR ƏLİYEV-100 Ulu Öndər və Milli-Mənəvi Dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, rayonun idarə və müəssisə rəhbərləri, Zaqatala İslam Kollecinin tələbələri iştirak etmişlər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Sonra Ümummilli liderin, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra tədbirdə Ulu Öndərə həsr edilmiş film nümayiş etdirildi.
Daha sonra çıxış edənlər Ulu Öndərin İslam dininə verdiyi dəyərdən, bu sahədə görduyu işlərdən, din xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışmış, halzırda ölkə rəhbəri tərəfindən İslam dininin dəyərlərinin qorunduğunu, din xadimlərinə göstərdiyi hörmət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırdılar.