Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü yağışlar rayon infrastrukturuna ciddi ziyan vurub

18 sentyabr 2023 | 10:31

17 sentyabr 2023-cü il tarixdə axşam saatlarından başlayaraq rayon ərazisində güclü küləklə müşahidə olunan leysan yağış və dolu yağmışdır. Nəticədə Zaqatala rayonunun Aşağı Tala, Yuxarı Tala, Yolayrıc, kəndlərində 200-dən çox fərdi yaşayış evinin həyətlərinə və zirzəmilərinə su dolmuş, 30-dan çox evin dam örtüyü yararsız vəziyyətə düşmüşdür.

Zaqatala şəhərinin Qazangül yaşayış massivində 1, Car kəndində 2, Zilban kəndində 1, Axaxdərə kəndində 1 körpü yararsız vəziyyətə düşmüşdür. 

Hazırda rayonun Fövqəladə Hallar Komissiyası tərəfindən rayonda baş vermiş təbii fəlakət nəticəsində rayon əhalisinə və infrastruktura dəymiş ziyanın dəqiqləşdirilməsi və daxili imkanlatr çərçivəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür

Keçidlər