Şriftin ölçüsü :

Saytın rəngi :

"Gender zorakılığı və uşaqlara qarşı zorakılığa yox deyək!" mövzusunda elmi-praktik konfrans keçirilib

19 noyabr 2025 | 10:22
19 noyabr 2025-ci il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Konstitusiya və Suverenlik ili çərçivəsində Uşaq Hüquqları Aylığına həsr olunmuş "Gender zorakılığı və uşaqlara qarşı zorakılığa yox deyək!" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Zaqatala rayon İcra Hakimiyyətinin, müvafiq dövlət qurumlarının və təhsilin nümayəndələri iştirak edib.
Çıxışlarda zorakılığın fəsadları, bu hallarla mübarizədə qanunvericiliyin rolu və profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.
Eyni zamanda zorakılığın bütün formalarının cəmiyyətə vurduğu zərərləri qeyd olunaraq, bu problemlərin həllində dövlət, ailə və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyi vurğulanıb.
Keçidlər