Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri UNEC-in Zaqatala filialında tələbələrlə görüşüb

29 sentyabr 2024 | 10:20

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında olub.

Tələbələrlə görüşən nazir Fərid Qayıbov onların asudə vaxtlarının səmərəli təşkili, dərsdən sonrakı fəaliyyətləri, əldə etdikləri uğurları ilə maraqlanıb. Eləcə də tələbələrin təkliflərini dinləyib və suallarını cavablandırıb.

Görüşdən sonra Zaqatala filialının yeni inşa olunan idman zalına və tələbə yataqxanasına da baxış keçirilib. Nazir burada tələbələr üçün yaradılacaq şəraitlə tanış olub.

Keçidlər