Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər günü qeyd edildi

02 fevral 2025 | 10:14
Bu gün Azərbaycan Gəncləri Günüdür
Hər il fevralın 2-də ölkəmizdə Azərbaycan Respublikası Gəncləri Günü təntənə ilə qeyd edilir. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilən bu günün qeyd edilməsi təkcə gəncliyin inkişafına diqqət çəkmək üçün deyil, eyni zamanda, gələcək nəsillərə dövlətin göstərdiyi qayğını ifadə etmək məqsədi daşıyır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətin vətəndaşları Azərbaycan Gəncləri Gününü xüsusi ruh yüksəkliyi ilə qeyd edirlər.
Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər tərəfindən təməli qoyulan gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Azərbaycanda gəncliyə dövlət qayğısı gələcəyə hesablanan bir siyasətdir və bu siyasət sağlam, intellektual nəslin formalaşmasına xidmət edir.
Bu fikirlər Zaqatala rayon Heydər Əliyev Mərkəzində 2 fevral – Gənclər Günü münasibəti ilə “Gənclik gələcəyin təməlidir ” mövzusunda keçirilən tədbirdə səsləndirilmişdir.
Keçidlər