Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrin müqaviləsi-tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib

28 sentyabr 2023 | 14:42
28 sentyabr 2023-cü il tarixində Zaqatala rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi-tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır”adlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin neft strategiyasına həsr olunmuş video-çarx nümayiş olunub.
Daha sonra çıxış edənlər Heydər Əliyevin neft strategiyasının tarixi əhəmiyyətindən, onun ölkədə hərtərəfli inkişafa verdiyi töhfələrdən bəhs edib.
Keçidlər