Erkən nikahın və qohum evliliyinin qarşısının alınması mövzusunda tədbir keçirilib
16 fevral 2024 – cü il tarixində Zaqatala Rayon İcra Hakimiyyətinin və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzinin ( UADM) təşkilatçılığı ilə erkən nikah və qohum evliliyinin qarşısının alınması məqsədilə UADM – də ekspert qrupunun üzvləri, psixoloq və valideynlərin iştirakı ilə görüş keçirilib.
Görüşdə RİHBA-nın aparıcı məsləhətçisi, RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Vaqif Abdullayev, UADM – in əməkdaşları, , Zaqatala Rayon Mədəniyyət şöbələri üzrə Həmkarlar təşkilatının sədri – ekspert qrupunun üzvü Sona Qazıyeva, Zaqatala qazetinin redaktor müavini – ekspert qrupunun üzvü Elmira Mehdiyeva, Mərkəzi Rayon Xəstəxanasının qadın həkimi Gülnaz Şirinova iştirak ediblər.
32 nəfərin iştirak etdiyi görüşü giriş sözü ilə açan RİHBA-nın aparıcı məsləhətçisi Vaqif Abdullayev və mərkəzin direktoru Cövhərət İbrahimova Erkən nikahın və qohum evliliyinin qarşısının alınması mövzusunda ətraflı çıxış etdilər.
Digər çıxışçılar erkən nikahların və qohum evliliyinin fəsadlarından və bu fəsadlardan baş verən hadisələrdən, yaranan xəstəliklərdən, erkən nikahların qarşısının alınması istiqamətində görülmüş işlərdən, keçirilmiş tədbirlərdən, bu sahə üzrə üzrə mövcud qanunvericilikdən, erkən nikahın ictimai və psixoloji səbəbləri barədə ətraflı məlumat verdilər.
Valideynlərin fikirləri dinlənildi. Mövzuya dair buklet və “Ailə başçısına məktub” bülleteni paylanıldı.