"Erkən nikah"anlayışının marifləndirilməsi barədə tədbir keçirilmişdir.
Zaqatala Rayon İcra Hakimiyyətinin və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə təşkilatçılığı ilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı Vaqif Abdullayev, UADM-in direktoru Cövhərət İbrahimovaRayon Polis Şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik işin təşkili qrupunun inspektoru Ayxan Şükürlü, hüquqşünas Niyazi Məmmədov, Zaqatala qazetinini redaktor müavini Elmira Mehdiyeva,imam Səid Qurbanov, təhsil sektorunun psixoloqu Günay Qarayeva, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə "Erkən nikah və qohum evliliklərinin fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər erkən evlilik və qohum evliliklərinin fəsadlarından,qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskindən, nikahın bağlanmasına mane olan hallardan danışıb. qanunvericiliyə "erkən nikah"anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideyinlərinin məsuliyyətə cəlb olunmasından bəhs ediblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb,mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb,video material nümayiş etdirilib.