Şriftin ölçüsü :

Saytın rəngi :

Energetika naziri Zaqatalada vətəndaşlarla görüşəcək

07 dekabr 2022 | 09:44
Dekabrın 23-də energetika naziri Pərviz Şahbazov Zaqatalada vətəndaşlarla görüşəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “minenergy@minenergy.gov.az” elektron poçt ünvanı, “974” Çağrı mərkəzi, 598-16-55 “Qaynar xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Nazirliyin “www.minenergy.gov.az” internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.
Keçidlər