“Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında təlim keçirilmişdir
Dövlət İmtaha Mərkəzi tərəfindən keçirilən təlimlər davam edir. Bu gün “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında təlim keçirilmişdir. DİM-in Hüquq təminatı sektorunun müdiri Ülviyyə Bədəlova tərəfindən keçirilən təlimdə rayonda müxtəlif sahələrdə çalışan 50 nəfər dövlət qulluqçusu iştirak etmişdir.
Ü.Bədəlova təlim iştirakçılarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi, dövlət qulluğu və dövlət qulluqçusu anlayışı, dövlət qulluğunun vəzifə və prinsipləri, dövlət qulluğunu idarəetmə orqanları, dövlət orqanı anlayışı, dövlət orqanlarının təsnifatı, dövlət qulluğu vəzifəsi anlayışı, dövlət qulluqçusunun andı, dövlət qulluqçularının ixtisas dərəcələri, dövlət qulluqçularının hüquq və vəzifələri, dövlət məvacibi, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğuna xitam verilməsi barədə məlumat verilib. Təlimin sonunda müvafiq mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.