"Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması" mövzusunda tədbir keçirilib
29 may 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2013-cü il tarixli, 2837 nömrəli müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda icrası nəzərdə tutulan “Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi” bəndinin icrası ilə bağlı maarifləndirici tədbir keçirilib.Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları iştirak edib.
Tədbirdə çıxış edən RİHB-nın müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri, dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verərək sözügedən Dövlət Proqramının ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm əhəmiyyətini diqqətə çatdırıb. Sonra dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində və gündəlik həyatda dilin norma və qaydalarına, tələblərinə düzgün əməl edilməsi, Azərbaycan ədəbi dilinin tətbiqi zamanı qüsurların yolverilməzliyi məsələləri geniş müzakirə olunub.