Şriftin ölçüsü :

Saytın rəngi :

Çobankol və Faldarlı kəndlərində səyyar qəbul keçirilib

25 yanvar 2025 | 10:28
Rayon rəhbərinin növbəti səyyar qəbulu Çobankol və Faldarlı kəndlərində keçirilib.
Görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat nümayəndələri və kənd sakinləri iştirak ediblər. Ümumilikdə 130 nəfərin iştirak etdiyi görüşlərdə vətəndaşları narahat edən əsas problemlər Çobankol kəndində uşaq bağçasının tikintisi və təbii qaz xəttinin çəkilişi, Faldarlı kəndində isə mövcud transformatorun yenisi ilə əvəz olunması və 1 ədəd subartezian quyusunun qazılması ilə bağlı məsələlər olmuşdur.
Keçidlər