Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

18 iyul 2025 | 10:18

İyulun 18-də Baş prokuror Kamran Əliyev Zaqatala Rayon Prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax, Balakən rayonlarının və digər bölgələrin sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 27 vətəndaşın müraciətlərində yer alan konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Keçidlər