Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərtütün” tərəfindən bu günədək şimal-qərb rayonlarında 725,3 hektar sahədə tütün əkilib

16 may 2025 | 10:03

"Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarında bu günədək 725,3 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bu il ASC tərəfindən həmin rayonlarda 849,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 422,9 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən bu il şimal-qərb bölgəsində 426,6 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu günədək şirkət tərəfindən Şəki rayonunda 358,2, Zaqatalada 147,5, Qaxda 142,6, Balakəndə 40,5, Oğuz rayonunda isə 36,5 hektar sahəyə tütün şitilləri köçürülüb və hazırda işlər davam etdirilir.

Keçidlər