Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatının yeni sədri seçilib

08 sentyabr 2025 | 09:55
Zaqatala rayon Heydər Əliyev Mərkəzində Konstitusiya və Suverenlik İli çərçivəsində Zaqatala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “İlham Əliyev-Qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik cənab Cəlil Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı, qazi və şəhid ailələri, ehtiyatda olan zabitlər, əmək veteranları və rayon ziyalıları iştirak etmişlər.
Konfransın gündəliyinə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatının yeni sədrinin seçilməsi məsələsi salınmışdır. Səsvermə əsasında İbrahim İbrahimov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatının sədri vəzifəsinə təyin edildi.
Keçidlər