Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror tədbirləri zamanı yaralanan zaqatalalı hərbi qulluqçular evlərində ziyarət olunub

30 oktyabr 2023 | 12:34

Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan müddətli hərbi qulluqçular Elşən Çobanov və Heydər Əliyevi evlərində ziyarət ediblər.

Rayon rəhbərliyi paytaxtın tibb ocaqlarında müalicədən sonra evlərinə təxliyə olunan gənclərlə həmsöhbət olub, onların səhhəti və müalicələri ilə maraqlanıb, ailələrin problemlərini öyrənib, yardım göstəriblər.

Görüşlərdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza dərin minnətdarlıq ifadə olunub.

Rayon rəhbərliyi, həmçinin antiterror tədbirləri zamanı şəhid olan Hüseyn Xanməmmədovun qırx mərasimində də iştirak edib.

Keçidlər