”Ailədə uşaqların hüquqları və valideynlərin öhdəlikləri “ mövzusunda maarifləndirici seminar keçirilmişdir.
18 oktyabr 2024 | 16:30
18 oktyabr 2024- cü il tarixində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzinin təşkilatçılığı ilə UADM – də ” Ailədə uşaqların hüquqları və valideynlərin öhdəlikləri “ mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminarda UADM kollektivi, RİHBA-nın böyük məsləhətçisi Zaur Hüseynzadə, Mediatr, hüquqşünas Niyazi Məmmədov, psixoloq Vilayət Mirzəyeva və valideynlər iştirak etmişlər.
Seminarı mərkəzin direktoru Cövhərət İbrahimova qonaqları salamlayaraq açıq elan etdi.
Mövzu ilə bağlı təqdimatla çıxış edən mərkəzin sosial iş üzrə mütəxəssisi Könül Şirinova uşaqlarla valideynlərin münasibətinin tənzimlənməsindən, özgüvənli, sağlam düşüncəli, cəmiyyətə sağlam gənclər yetişdirmək üçün nələrə diqqət edilməli olduqları barədə tövsiyələrini bildirdi. Bulling və kiberbulling haqqında məlumat verildi.
Çıxış edənlər ailədə valideynlər və uşaqların rolları, vəzifələri, hüquqları, ailənin təməlinin daha sağlam qurulmasında valideynlərin öhdəliklərinin həm hüquqi, həm də psixoloji tərəflərindən danışdılar. Valideynlərin sualları cavablandırıldı.