Zaqatalada Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən iyirmi doqquz il ötür. Faciənin ildönümü ilə əlaqədar Zaqatala rayonunda da anım tədbirləri davam edir.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 24-də Zaqatala rayonunda ağacəkmə aksiyası təşkil olunub. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər.
Aksiya çərçivəsində Zaqatala şəhərinin ərazisində, yol kənarlarında yerli iqlim şəraitinə uyğunlaşdırılmış ağac tingləri əkilib. Əkilən tinglərə aqrotexniki qulluq göstərilib, suvarılıb.