Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb

31 yanvar 2021 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri mərkəzin giriş və muzey hissələrini, dəhlizləri, kitabxana, dərnək və digər təyinatlı otaqları əhatə edib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə muzey və sərgi zallarının yenidən fəaliyyətə başlaması ilə əlaqədar mərkəz tərəfindən sanitar gigiyenik qaydalara nəzarət gücləndirilib. Belə ki, ekskursiyalar zamanı ziyarətçilərin sayına, tibbi maskadan istifadə olunmasına ciddi nəzarət edilir, ara məsafəsi qorunur. Mərkəzin giriş hissəsinə spirt və dezinfeksiyaedici məhlullar qoyulub.

Keçidlər