Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı gənclər rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər

02 fevral 2021 | 16:00

Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan gəncliyə yüksək diqqətin bariz nümunəsidir.

Rayonun fəal gənclərinin, Vətən müharibəsi iştirakçılarının, könüllülərin iştirak etdiyi videokonfransı rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev açaraq, Zaqatala gənclərinin qazandıqları uğurlar barədə danışıb, gənclərin fəal surətdə dövlət quruculuğu prosesinə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradıldığını bildirib. Ölkəmizdə gənclərlə bağlı işin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini vurğulayan idarə rəisi bildirib ki, Prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncam və fərmanlar, qəbul edilən Dövlət proqramları gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına böyük töhfələr verir.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan uğurlar, Vətən müharibəsində əldə edilən tarixi qələbə Azərbaycan gəncliyinin sürətli inkişafına və sabahına daha böyük inamla baxmağa əsas verir.

Videokonfransda rayon icra hakimiyyətinin nümayəndəsi Ramin Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin rəhbəri İlqar Vəliyev və başqaları çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, rayon gənclərinin qazandıqları uğurlardan danışıblar.

Vətən müharibəsi qazisi, Cəbrayıl, Füzuli, Murov və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Şəmsəddin Qurbanov gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, keçdiyi döyüş yolu barədə danışıb, erməni faşizmi üzərində qazanılan şanlı qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Keçidlər