Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılır

27 yanvar 2021 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 11 min 396 hektar sahədə payızlıq dən bitkilərinin səpini həyata keçirilib. Səpin zamanı aqrotexniki qaydalara ciddi əməl olunub, nəticədə sahələrdə yaxşı bitiş alınıb. Hazırda taxıl sahələrində fitosanitar müşahidə və tədbirlər davam etdirilir.

İndiyədək rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1040 hektar sahədə taxılın təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və həmin sahələrdə iqtisadi zərərvurma həddində sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ocaqlarda büdcə vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qurumdan bildirilib ki, yaxın vaxtlarda taxıl sahələrində alaq otlarına qarşı da mübarizə tədbirləri aparılacaq. Yaz aylarında isə sahələrə yemləmə gübrəsinin verilməsi nəzərdə tutulur.

Keçidlər