Zaqatalada “COVİD-19” virusu əleyhinə vaksinasiya prosesinə start verilib
Bu gün Zaqatala RMX PHŞ-da “COVİD-19” virusu əleyhinə vaksinasiya prosesinə start verilib. Zaqatala RMX PHŞ-nin direktoru Məcid Əliyev başda olmaqla səhiyyə işçiləri koronavirusa qarşı peyvənd olunublar.
Məlumat üçün qeyd edək ki, ilkin olaraq könüllülük prinsipi əsasında risk qrupuna daxil olan səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə virusa qarşı vaksinlərin vurulması həyata keçiriləcək.
Ölkəmizdə tətbiq ediləcək “Coronavac” vaksininin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanması onu daha etibarlı edir. Bununla yanaşı vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib və heç bir mənfi əks təsirlərə rast gəlinməyib.