Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür

31 dekabr 2020 | 16:00

Əziz zaqatalalılar!
Hər birinizi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibəti ilə səmimi gəlbdən təbrik edirəm.
Geridə qoyduğumuz il hər bir azərbaycalı üçün sınaq ili oldu. Bir tərəfdən bütün dünyanı cənginə alan koronavirus pandemiyası adi həyatımızı alt-üst etdi. Bu bəlanın əlindən neçə-neçə ailə sevdiklərini itirdi, həyəcanlı anlar yaşadı və hələdə yaşamaqdadır. 2020-ci ilin bəlasına çevrilən koronavirus yeni ilimizdə İnşAllah tamamilə həyatımızdan çıxar. Digər tərəfdən bu il bizi Vətən Müharibəsi ilə sınağa çəkdi və şükürlər olsun Allaha ki, xalqımız bu sınaqdan üzü ağ, qürurlu, başı dik qalib xalq kimi çıxdı. Təəssüf ki, heç bir qələbə qurbansız, şəhidsiz başa gəlmir. Vətən Müharibəsində qələbəni bizlərə bəxş edən  şəhidlərimizin qarşısında baş əyir, onlarla qürur duyur, fəxr edirik. Bu müharibədə Zaqatalamızın 32 igid oğlu Azərbaycanın ərazi bütövlüyü, əzəli torpağımız Qarabağ uğrunda canlarından keçdilər. Şəhidlərimizin ailə üzvlərinə bir daha baş sağlığı verir, ruhlarına uca Tanrıdan rəhmət diləyirəm.
Bu tarixi qələbəni bizlərə yaşadan başda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev olmaqla bütün hərbiçilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Bütün çətinliklərə, itkilərə baxmayaraq 2020-ci il Azərbaycanın tarixinə “Şanlı Qələbə ili” kimi həkk olunacaq.
Bir daha əziz zaqatalalılar hər birinizə yeni ildə can sağlığı, firavan həyat, bütün çətinliklərinizin, itkilərinizin 2020-ci ildə qalmasını, əzizləriniz və sevdiklərinizlə birgə məna dolu həyat sürməyinizi arzu edir, 2021-ci il ölkəmizə sülh, əmin-amanlıq, xalqımız üçün isə hər bir sahədə yeni zəfərlər, uğurlar gətirməsini diləyirəm.
Zaqatala Rayon İcra Hakimiyyətinin baçşısı
Mübariz Əhmədzadə

Keçidlər