Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda Vətən Müharibəsində şəhid olmuş hərbiçilərin ailə üzvləri mənəvi və sosial durumu daim diqqət mərkəzində saxlanılır.

30 dekabr 2020 | 16:00

Vətən Müharibəsində Zaqatala rayonu ilk şəhidini verdiyi gündən rayon rəhbərliyi, aidiyyatı qurumlar, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar şəhid ailələrinə maddi və mənəvi dəstəklərini əsirgəməmiş, daim onlara diqqət və qayğı ilə yanaşmışlar. Bu gün də Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə növbəti dəfə Vətən Müharibəsində Azərbaycan torpaqları uğrunda canlarından keçən, qanı və canı bahasına bizlərə zəfər, qələbə sevinci yaşadan rayonun şəhid düşmüş igid oğullarının ailə üzvlərinə baş çəkmişdir. Həmişə olduğu kimi görüşün əsas məqsədi övladlarını, ailə başçılarını, qardaşlarını itirmiş ailələrin sosial vəziyyətlərinin diqqət mərkəzində saxlanılması, mənəvi-psixoloji durumunun yüksəldilməsi, müharibədə doğmalrını itirmiş ailələrin  rifah halının daim ölkə prezidenti cənab İlham Əliyevin diqqətində olduğunu və dövlət tərəfindən hər cür dəstəklə əhatə olunduqlarını ailə üzvlərinə çatdırmaq idi. Rayon rəhbəri Vətən Müharibəsində Zaqatala rayonundan şəhid düşmüş 32 nəfər hərbiçinin hər birinin ailə üzvləri ilə görüşmüş, yaşayış səviyyələri ilə tanış olmuş, ehtiyac və istəklərinin olması barədə maraqlanmış, hər bir ailəyə bütün görüşlərdə olduğu kimi ərzaq yardımları göstərmişdir.   
Ziyarət olunan hər bir şəhidin ailə üzvləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar. Mütəmadi olaraq rayon rəhbərliyinin onları ziyarət etməsi, maddi və mənəvi dəstək göstərməsi ilə əlaqədar təşəkkürlərini bildirən  şəhidlərin ailə üzvləri rayon rəhbərinə bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər.

Keçidlər