Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir

19 dekabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Zaqatala rayonunda sərtləşdirilmiş karantin rejimi qaydalarının yerinə yetirilməsinə nəzarət tədbirləri davam etdirilir.

İcra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, iaşə və digər obyektlərdə mütəmadi reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar.

Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, karantin qaydalarını pozan ticarət və iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Keçidlər