Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada indiyədək 557,8 ton quru tütün istehsal olunub

20 noyabr 2020 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 557,8 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, builki mövsümdə rayonda 574 hektar sahədə tütün əkilib. Zaqatalalı fermerlər cari ildə 399 hektar sahədə “Virciniya botaniki” növlü, 175 hektarda isə digər tütün sortları yetişdiriblər. İndiyədək istehsal olunan quru tütünün 437,8 tonunu “Virciniya botaniki”, 120 tonunu isə digər tütün sortları təşkil edir.

Xatırladaq ki, ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər.

Keçidlər