Şriftin ölçüsü :

Saytın rəngi :

Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq.

24 noyabr 2020 | 16:00

2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı, 44 günlük Vətən savaşı  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi.  Bu qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi.  Azərbaycan Ordusunun nəzarəti altına keçən rayonda Azərbaycanın dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi. 
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən dövlət başçımız  Ağdam ra¬yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib.
Ali Baş Komandan müraciətində Ağdamın azad olunması xəbərini xalqa böyük qürur hissi ilə çatdıraraq vurğulamışdır ki, “Bu gün bizim yaşadığımız  günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yad¬daşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şan¬lı tarixini yazırıq. Bu, Zəfər  tarixidir. Bun-dan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqla¬rına qaytaraq”. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik deyən cənab  prezident vurğulamışdır ki, “Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi  bu torpaq¬lara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq”.
Ağdam heç vaxt düşmənə baş əyməmiş, Birinci Qarabağ müharibəsində  çoxlu  şəhid verərək sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Ancaq, bu gün doğma Ağdamımızın  bir güllə də atmadan, bir nəfər də şəhid vermədən qayıtması  əlbəttə ki, Azərbaycan ordusunun şanlı hərbi qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi,  Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Azərbaycan Prezidenti xalqa müraciətində Ağdamda, eləcə də işğal altında saxlanılan digər şəhər və qəsəbələrimizdə, kəndlərimizdə tarixi-mədəni irsimizin silinməsi, abidələrimizin erməniləşdirilməsi, məscidlərimizin da¬ğıdılması, yeni xəritələrin tərtib edilməsi barədə ətraflı məlumat vermişdir.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon olan Ağdam eyni zamanda Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş etmişdir. Ağdamın tanınmasında  “Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub.
Bu işğal qədim tarixə malik  çoxlu memarlıq və incəsənət  abidələri olan Ağdama  13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurmuşdur. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış, buradakı evləri,  mədəni abidələri talan edərək bütün infrastrukturu məhv etmiş,  muzeyləri, tarixi abidələri, dini ibadətgahları və  ziyarətgahları vəhşicəsinə dağıtmışlar.  Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkalanlardan istifadə edəcəkdir.
Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış,  Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.  İşğal altındakı torpaqlarımızda yerləşən yaşayış sahələri arasında əhalinin sayına görə Ağdam ən böyük rayon olmuş,  əvvəllər burada 143 min insan yaşamış,  hazırda isə sakinlərinin sayının 204 minə çatmışdır.
Ölkə rəhbəri demək olar ki, bü¬tün çıxışlarında, müsahibələrində Ermənistan-Azərbaycan, Dağlıq Qara¬bağ münaqişəsinin həllinin həm siyasi, həm də hərbi yollarla mümkünlüyünü bəyan edib və Azərbaycanın uzun illər ərzində bu məsələnin siyasi müstəvidə həllinə çalışıb. Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır. İndi haqdan-ədalətdən dəm vuran ölkələr,  beynəlxalq  qurumlar  30 il ərzində düşmənin vandal hərəkətlərinə,  işğalçı ölkənin sülh da¬nışıqlarını pozmasına  göz yumub,  Ermənistanın barbarlığına görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstərməyib. Bu gün  Ermənistanda repressiya baş alıb gedir. Lakin   insan hüquqlarını qorumaqla məşğul olan heç bir təşkilat buna reaksiya vermir. Azərbaycana xor gözlə baxan Avropa Şurası isə  susur. Bu gün işğalçı Ermənistan  döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti  Ermənistanı uçuruma apardı. Ermənistanı bu günə salan qonşulara nifrət  təbliğatının davam etməsi, qonşularla normal münasibət qura bilməməsidir. Azərbaycanın isə  qonşu ölkələrlə münasibətləri  bir çoxları üçün nümunə ola bilər.
Dağlıq Qarabağdan 90 min erməninin qaçması xəbərinə  də aydınlıq gətirən cənab prezident qeyd etmişdir ki, bu  məlumat tamamilə  yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Bu gün Ermənistan diktatoru özünü  öz xalqından təcrid edib. Rəsmi etiraflara görə, Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb.  Azərbaycanda isə xalq-iqtidar birliyi var. “Bizim erməni xalqı ilə problemimiz yoxdur. Vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı” deyən cənab prezident  Dağlıq Qarabağda yaşayan ermənilər üçün yeganə yolun  Azərbaycan xalqı ilə dinc qonşuluq şəraitində yaşamaq olduğunu vurğulayıb.
Bəli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.  Bu qələbə, bu uğur  dövlətimizin başçısı¬nın praqmatik, düşünülmüş və müdrik siyasətinin məntiqi nəticəsidir.
Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti hər zaman onların yanında olacaqdır.
Ağdamın azad edilməsinə səbəb olan  İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!

Keçidlər