Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada kənd rabitə şəbəkəsi yenilənir, müasirləşdirilir

17 sentyabr 2013 | 15:00

Zaqatala rayonunda kənd rabitə şəbəkəsinin müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu yaxınlarda ucqar yaşayış məntəqələrindən olan Uzun Qazmalar kəndində 64 nömrə tutumu olan yeni elektron tipli ATS-in (EATS) quraşdırılaraq istismara verilməsi əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmışdır. İndiyədək bu kənddə əhali yeni nəsil simsiz CDMA tipli telefon rabitəsindən istifadə etmişdir. Əhalinin artan tələbatı nəzərə alınaraq 294 telefon abunəçisi olan Muxax kəndində əlavə olaraq 128 nömrə tutumlu ONU tipli yeni rabitə avadanlığın quraşdırılmasına başlanılmışdır. Avadanlıq noyabrın əvvəllərində əhalinin istifadəsinə veriləcəkdir. Eyni zamanda, Zaqatala şəhərinin cənub-qərb yaşayış massivində 512 nömrə tutumu olan yeni EATS-in quraşdırılması davam etdirilir. Binanın tikintisi və avadanlığın quraşdırılması işi artıq başa çatdırılmışdır. Yeni EATS-in ilin sonunadək istismara verilməsi nəzərdə tutulmuşdur. Hazırda Zaqatala rayonunda 20 minə yaxın telefon abunəçisi vardır. Cari ildə geniş zolaqlı internet istifadəçilərinin sayı 4150 abunəçidən 5058-ə çatmışdır. Rayonun bütün kəndləri geniş zolaqlı internetlə təmin olunmuşdur.

Keçidlər