Şriftin ölçüsü :

Saytın rəngi :

“Dambur ifaçılığı və hayla yaradıcılığı” monoqrafiyası nəşr olunub

05 oktyabr 2020 | 16:00

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ləman Vaqifqızının (Süleymanova) “Dambur ifaçılığı və hayla yaradıcılığı” adlı monoqrafiyası çapdan çıxıb.

Kitab Zaqatala və Balakən rayonlarında geniş yayılan dambur (tənbur) ifaçılığı və hayla söyləyiciliyinə həsr edilib. Monoqrafiyada 98 dambur ifaçısı, 30 haylaçı və 20 nəfər meyçinin (balabançı) həyat və yaradıcılığından söhbət açılıb, 43 dambur havası haqqında məlumat verilib. Həmçinin, dambur musiqi alətinin hazırlanması, damburun auditoriyası, dambur deyişmələri və sair haqqında təsəvvür yaratmağa çalışılıb. Nəşrin sonunda 12 dambur havasının notu verilib, ifaçıların və haylaçıların şəkilləri əlavə edilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgər, rəyçisi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir. Nəşr ali məktəblərin filologiya fakültələrinin tələbələri, tədqiqatçılar – folklorşünaslar, etnoqraflar və musiqişünaslar üçün nəzərdə tutulur.

 

Keçidlər