Bu gün Azərbaycan xalqı ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdardır.
Bu gün Azərbaycan dünyanın beynəlxalq arenalarında özünəməxsus yer tutaraq, əksər ölkələrinin dost münasibətini qazanmış, böyük dövlətlərin strateji müttəfiqinə çevrilmişdir. Məhz bu güclü əlaqələr sayəsində ölkəmiz öz hərbi, iqtisadi gücünü daha da artırmağa nail olmuşdur. Bir çox ölkə ilə strateji müttəfiq, dost münasibətlər içərisində olsaq da, bəzi ölkələrlə münasibətimiz isə dostluqdan ötə - qardaşlıq səviyyəsindədir. Azərbaycan xalqına dostdan çox qardaş olan iki ölkə vardır ki, bunlar Türkiyə və Pakistan dövlətləridir.
Ölkəmizlə əlaqədar hər məsələdə Türkiyə dövlətinin tam dəstəyini hər zaman hiss etmişik. Türkiyə Azərbaycan üçün hər mənada strateji müttəfiq olan dost dövlət və qardaş xalqdır. Sentyabr ayının 27-dən başlayaraq baş verən hərbi hadisələr Azərbaycan üçün bir daha kimin hansı tərəfdə olduğunu müəyyən etməyə vəsilə oldu. Bu an həqiqət anıdır ki, dövlətimiz kimin kim olduğunu, kimə mənəvi və maddi dəstək olduğunu aydın şəkildə seçir və bunu heç zaman unutmayacaq. Türkiyə Prezidenti, Ermənistan – Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edərək, Ermənistanın təcavüzü zamanı açıq şəkildə bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyildir. Türkiyənin hakim partiya üzvləri ilə yanaşı, bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər.
Bu mühüm məqamda yanımızda olmaqda qəti mövqeyini göstərən digər dövlət isə qardaş Pakistandır. Bu gün Azərbaycan xalqı ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdardır. Azərbaycan da Pakistanla bağlı məsələlərdə öz mövqeyini açıq şəkildə ortaya qoyaraq minnətdarlığını nümayiş etdirir. Azərbaycan bütün məsələlərdə və xüsusən Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyib və dəstəkləməyə davam edəcək. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Eyni zamanda, Azərbaycan və Pakistan ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməkdədir. Qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibəti qurmaq üçün böyük potensial mövcuddur. İki ölkə rəhbəri arasında tez-tez keçirilən görüşlər bu münasibətlərin davamlı olduğuna işarə edir. Belə ki, Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının sammitində Pakistanın fəal iştirakı, Davosda Dünya İqtisadi Formunda Pakistan rəhbərliyi ilə cənab Prezident İlham Əliyevin görüşü iki ölkə arasında dostluq və qardaşlıq münasibətini təsdiq edən göstəricidir. Bizim üçün Pakistan o ölkədir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı dövlət kimi tanımır. Bu isə qardaşlığın əsl nümayişidir. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda ölkəmizə qarşı Ermənistanın təxribatı ilə əlaqədar bəyanat vermişdir. Bu bəyanat bizim haqq uğrunda olan işlərimizi tam dəstəkləyir. Sentyabr ayının 27-də Ermənistan ölkəmizə qarşı növbəti təxribata əl atdı. Bu təxribat onu göstərdi ki, düşmən tərəf yenə işğalçı siyasətini davam etdirir. Ötən avqust ayında Ermənistan tərəfinin çox kəskin təcavüz aktlarına şahid olduq. İyul ayında baş verənlər isə beynəlxalq ictimaiyyətə Ermənistanın əsl kimliyini tanıtdı. Hər kəsə aydın oldu ki, Tovuz rayonunda Ermənistan – Azərbaycan dövlət sərhəddində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan oldu.
Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və düşmən tərəfin son təcavüzündən bir neçə gün öncə BMT Baş Assembleyasında çıxışı Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Ölkə Prezidenti İlham Əliyev özünün son çıxışında açıq-aşkar Ermənistanın yeni müharibəyə hazırlaşdığını və onların dayandırılmalı olduğunu dedi. Sentyabr ayının 27-dən onlar müxtəlif istiqamətlərdən kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başlamaları ötən günlərdə mülki şəxslərimiz arasında itkilərimizin artmasına səbəb oldu və hazırda itkilərin sayı artmaqdadır. Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürüldü. Mülki şəxslərimiz arasında 20 nəfərdən çox yaralımız var. Bu baş verənlər isə bir daha erməni cinayərkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bütün bu olanların qarşısında Azərbaycan Ordusu cavab tədbiri görməli idi və düşmən bilməli idi ki, onlara dərs veriləcək. Göründüyü kimi onlara adekvat cavab verildi. Ermənilərin yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Bir daha Azərbaycan Ordusu öz gücünü nümayiş etdirdi və erməni ordusu hazırda hücumlarının peşmançılığını çəkir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanımaqdadır. Ermənistanın uzun illər ərzində ölkəmizə təcavüzü və işğalı bütün infastrukturun dağılmasına gətirib çıxarıb. Erməni vandalizmi təkcə Xocalı soyrıqımı ilə bitmir, onlar Azərbaycana qarşı mədəni soyqırımı da törədiblər. Erməni vandalları bizim tarixi abidələrimizi dağıdıb və bununla kifayətlənməyib, məscidlərimizdə heyvan saxlayaraq bütün müsəlman dünyasını təhqir edirlər. Bu isə düşmən ölkədə hansı rejimin hakimiyyəti tutmasından asılı olamayaraq apardıqları siyasətin erməni xalqına İslamafobiya və Azərbaycanafobiyanı aşılanmasını göstərir. Bu artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. Həmişə olduğu kimi yenə Ermənistan hakimiyyətində diktator rejim var və diktatorluq onların rəsmi siyasəti olub. Bu faklar özlüyündə Paşinyanın Ermənistanın yeni diktaroru olduğunu deməyə əsas verir. Buna baxmayaraq təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiyi qeyri sağlam davranışları görməzdən gəlir. Bu gün Ermənistanda müxalifət sıxışdırılır, sabiq prezidentlər barəsində cinayət araşdırmaları aparılır, jurnalistlər həbsxanalarda ölür. Əfsuslar olsun ki, ən kiçik məsələlərdə özlərini insan haqları təşkilatları kimi qələmə verənlərin səsi çıxmır. Bu açıq şəkildə ikili standartların nümayişi deməkdir. Belə olduqda, yəni beynəlxalq ictimaiyyət onları dayandırmadığı təqdirdə, Azərbaycan onları daynadırmaq məcburiyyətində qalacaq. Onların Baş Naziri Qarabağ Ermənistandır deyir, ölkənin digər rəsmiləri isə yeni ərazilər uğrunda Azərbaycana qarşı yeni müharibə olacağanı bildirir. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var ki, demək olar 30 ildir Ermənistan bunlara məhəl qoymur. Bununla yanaşı, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblərki, Ermənistan buna da məhəl qoymayaraq bu üç ölkəyədə hörməzlik nümayiş etdirir. Məsələnin ən qəbul edilməz tərəfi isə qondarma Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb olunması tələbidir. Bu danışıqların formatının dəyişməsi deməkdir. Qanunsuz şəkildə Livandan gələn ermənilərin işğal edilmiş ərazilərdə məskunlaşdırılması isə açıq formada beynəlxalq hüququn pozulmasıdır. Əlavə olaraq işğal olunmuş ərazilərdə hərbi təlim keçirlir, Dağlıq Qarabağdakı saxta rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edərək, qondarma parlamentini Şuşaya köçürmək qərarı alırlar. Bütün bu sadalananlar xalqımızın təhqir olunması deməkdir.
Biz Azərbaycan xalqı olaraq bununla heç zaman razılaşmayacaq və baş verənləri unutmayacağıq. Biz əminik ki, Azərbaycan Ordusu düşmənə öz yerini göstərərək, qələbə qazanacaqdır. Ali baş Komandanın qətiyyətli addımları hər gün bizi zəfərə daha yaxın edir. Ordumuzun tükənməz gücü, sınmaz əzmi var. Bu cür igid övladlara sahib xalq heç zaman darda qalmaz. Azərbaycan xalqı əmindir zəfər Azərbaycan Ordusu ilədir. Bu müqəddəs yolda şanlı Ordumuza uğur arzulayırıq.
Zaqatala Uşaq və Ailələrə
Dəstək Mərkəzinin direktoru: Cövhərət İbrahimova