Dağlıq Qarabağ mübarizəsi və savaşı ümümxalq mübarizədir, bizim haqq mübarizəmizdir.
Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa,təşvişə yol açmaqdadır. İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir. 27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini, işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha bütün dünyaya göstərdi. Hadisələrin gedişatı isə Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatının planlaşdırlmış bir təxribat və Ermənistan hakimiyyətinin əsas hədəfinin Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaq olduğunu ortaya qoydu.
Dağlıq Qarabağ mübarizəsi və savaşı ümümxalq mübarizədir, bizim haqq mübarizəmizdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev televiziya ilə xalqa müraciət edərək ordumuzun yetəri gücə və qüvvəyə malik olduğunu, istənilən hücum əməliyyatını uğurla başa çatacağına əminliyini ifadə etdi. Eyni zamanda hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandıılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin bu gün də , hər zaman olduğu kimi xalqa arxalandığını göstərir.
Azərbaycanda xalq-ordu-dövlət birliyi sarsılmazdır. On minlərlə insanın orduya könüllü kimi yazılması, həmçinin təxribatlar zamanı öz yurd-yuvalarını tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi, o cümlədən orduya inamdan xəbər verir. Düşmən tərəfindən törədilmiş hadisələrdə xalqımız dövlətimizin, Prezidentimizin yanında olmaqla milli birlik və həmrəylik nümayiş etdirir. Hadisələrlə bağlı ordumuzu dəstəkləyən insanlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşə getmək üçün müraciətlər edir, orduya könüllü kimi yazılanların sayı durmadan artır.
Ordu hər bir dövlətin mühüm atributu, təhlükəsizlik sisteminin əsasıdır. Azərbaycan ordusu bu gün regionda ən güclü ordudur. Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir. Xalqımız öz silahlı qüvvələri ilə fəxr edir, hər bir azərbaycanlı ailəsi övladını çox həvəslə ordu sıralarında qulluğa göndərir. Güclü ordu Azərbaycanın müstəqilliyinin və azərbaycançılıq məfkurəsinin zəmanətlərindən biridir.
27 sentyabr tarixli hadisələr bir daha Ermənistanın işğalçı dövlət olduğunu göstərdi.Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib. Azərbaycana qarşı yönəlmiş təxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğaldan azad edəcəyik ” fikri erməni işğalçı siyasətini ifşa edir.
27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqəsinin və 2 hündürlüyün işğaldan azad olunması Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırdı. Hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının əmri ilə ordu sıralarına qoşulsun və işğal altında olan torpaqlarımız azad olunsun. Xalq-ordu-dövlət birliyi, Vətən uğrunda milli mücadilə sayəsində torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, üçrəngli bayrağımız Şuşada dalğalanacaq.