Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhər bazarında kütləvi dezinfeksiya işləri aparılıb

21 sentyabr 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Rayon icra hakimiyyətindən bildirilib ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Zaqatala şəhərində əhalinin daha çox istifadə etdiyi kənd təsərrüfatı məhsullarının satışı bazarında sanitar-təmizlik işlərinə nəzarət xeyli gücləndirilib. Sentyabrın 20-də bazarda növbəti dəfə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Bazarda kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı alıcı və satıcılara əvvəlcədən xəbərdarlıq edilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və əlaqədar dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə keçirilən dezinfeksiya işləri zamanı bazarın giriş və çıxışları, satış piştaxtaları, köşklər, sanitar qovşaqları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub, dərmanlanıb, ərazidə təmizlik işləri aparılıb.

İnsanların sağlamlığının qorunması və əhalinin təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə bazarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər