Zaqatala Biosfer Rezervatında ekoməhsullar yetişdiriləcək
Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala Biosfer Rezervatının yaradılmasına başlanılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova nazirliyin “facebook” səhifəsində yaradılmış “Ekspert saatı” rubrikasında sosial şəbəkə izləyicilərinin suallarına cavab verərkən deyib.
Rəis müavini deyib ki, Biosfer Rezervatı daha çox milli parka bənzəyir və burada da turizm fəaliyyətinə icazə verilir: “Biosfer qoruqlarında digər qoruq və parklardan fərqli olaraq istehsalat zonasında müəyyən ekoməhsullar yetişdirilir və həmin məhsullar biosfer qoruğunun loqosu altında gömrük ödənişi edilmədən digər ölkələrin ərazisinə ixrac edilir”.