Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada karantin rejimi ilə bağlı reydlər davam etdirilir

26 avqust 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Zaqatala rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət 62 mobil qrup karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı meydan və parklarda maarifləndirici təbliğat işləri aparır. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Qərargahdan verilən məlumata görə, son günlər keçirilən reydlərin nəticəsi olaraq, karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər ictimai iaşə obyektinin işçisi və 12 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunub.

 

Keçidlər