Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı vebinarda gender mədəniyyətindən danışıb
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən vebinarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Gender mədəniyyətinin təbliği, erkən nikahlar və qadın zorakılığına qarşı mübarizə” mövzusunda çıxış edib.
Z.Şabanov gender mədəniyyətinin təbliği və genişlənməsi üçün ölkəmizdə aparılan dövlət siyasətindən, müxtəlif illərdə qəbul edilən qanunlardan və onların işləmə mexanizmlərindən, ölkə rəhbəri tərəfindən verilən fərman və sərəncamlardan danışıb, maariflənmə və təbliğat istiqamətində qeyri-hökumət təşkilatlarının, kütləvi-informasiya vasitələrinin rolunu təhlil edib. O, həmçinin ölkəmizdə erkən nikahlara və qadın zorakılığına qarşı aparılan tədbirlərdən bəhs edib, bəzi statistik göstəriciləri diqqətə çatdırıb, mövcud problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürüb, statusundan asılı olmayaraq hamını bu işə bacardığı qədər töhfə verməyə çağırıb.