Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb

16 avqust 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və bu sahədə görülən profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Bu barədə Mərkəzin direktoru Famil Rəhimov məlumat verib.

Direktor bildirib ki, dezinfeksiya işləri Mərkəzin muzey hissəsini, konfrans və akt zallarını, dərnək otaqlarını, kitabxana, dəhliz və digər bölmələrini əhatə edib. Ziyarətçilərin təmas edə biləcəyi səthlər dezinfeksiya olunub.

Onun sözlərinə görə, Mərkəzdə dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır. Mərkəzin giriş hissəsinə dezinfeksiyaedici məhlullar da qoyulub.

 

Keçidlər