Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində koronavirus əleyhinə təkrar dezinfeksiya işləri aparılıb

11 avqust 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Avqustun 11-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yeraltı keçid, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, satış mərkəzlərində, bankomatların yerləşdiyi ərazilərdə təmizlik və dezinfeksiya işləri aparılıb.

Eyni zamanda, rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik olaraq ciddi nəzarət tədbirləri həyata keçirilir.

Keçidlər