Zaqatalada kartof və tərəvəz istehsalı artıb
09 avqust 2020 | 16:00
Zaqatala rayonunun təsərrüfatlarında kartof yığımı başa çatıb. Məhsul istehsalçıları builki mövsümdə 1584 hektar sahədən 19 min 87 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 120,5 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 220,5 ton artıb.
Təsərrüfatlarda tərəvəz, lobya, meyvə və bostan məhsullarının yığımı isə hələlik davam edir. İndiyədək tərəvəz əkilmiş 2155 hektar sahənin 1489 hektarının məhsulu yığılıb, 9 min 667 ton tərəvəz istehsal edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 146 ton artıb. Eyni zamanda, rayonda indiyədək 377 ton lobya, 2601 ton meyvə, 23,5 ton yaşıl çay yarpağı, 4700 ton bostan məhsulları istehsal olunub.