Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, tərəfdaşların ilk görüşündə “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqroərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin məqsədləri barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini Bariz Mehdiyev bildirib ki, Zaqatala, Qax və Balakən rayonlarında yeni başlayan layihə ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.
Layihənin rəhbəri Yusif Axundov seçilmiş 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacağı və istehsal olunmuş məhsulların bazara çıxışının təşkil olunacağı barədə məlumat verib. Layihə rəhbəri istehsal edilmiş məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacağını əlavə edib.