Şriftin ölçüsü :

Saytın rəngi :

“Bacarıqlı gənclər” festivalı keçiriləcək

04 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) birgə təşkilatçılığı ilə avqustun 6-da “Bacarıqlı gənclər” inklüziv onlayn festival keçiriləcək.

Fonddan bildiriblər ki, BMT-nin elan etdiyi Beynəlxalq Bacarıqlı Gənclər Gününə həsr olunacaq festival dünyanı bürüyən koronavirus pandemiyası dövründə gənclərin asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələri üçün reallaşdırılan layihələrin davamıdır. Bu festivalın əsas məqsədlərindən biri istedadlı və bacarıqlı gənclərin daha böyük kütləyə tanıdılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Onlayn formatda keçiriləcək festivala qatılmaq üçün müxtəlif könüllü hərəkatlarını təmsil edən gənclər istedadlarını əks etdirən qısa videolar göndərəcəklər. Seçilən videolar onlayn festival müddətində nümayiş etdiriləcək.

Keçidlər