Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə icra edilən infrastruktur layihələri arasında su layihələri xüsusi yer tutur.

27 iyul 2020 | 16:00

Bu gün dünyada koronavirus pandemiyasının bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq müstəvidə baş verən problemin ¬yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri ¬addımlar atılmaqla yanaşı, bütün infrastruktur layihələri də uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu sahədə görülən işlər, əldə edilən göstəricilər, Azərbaycan üçün böyük nailiyyətdir və Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin bariz ifadəsidir.
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycanda  bütün infrastruktur layihələrinin  ardıcıl şəkildə icra edildiyini və respublikamızın sürətlə inkişaf etdiyini vurğulayan cənab prezident  ölkəmizdə elektrik enerjisinin istehsalı ilə bağlı böyük həcmli işlər görüldüyünü və itirilmiş güclərin bərpası məsələlərinin öz həllini tapdığını qeyd etmişdir. Real həqiqətdir ki, bu gün dünyanın bir çox dövlətləri Azərbaycandan daha çox enerji ehtiyatlarına malik olsalar da, bu sahə üzrə hələ də daxili imkanlar hesabına etibarlı təminatlarını həyata keçirməkdə çətinlik çəkirlər. Ancaq Azərbaycan malik olduğu enerji ehtiyatlarından nəinki təkcə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün istifadə edib, həm də bu sahə üzrə artıq tam təhlükəsizliyə nail olub.
Prezident İlham Əliyevin müşavirədəki nitqində vurğulandığı kimi  enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratmışdır ki, biz özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.
Ölkəmizdə  həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri sırasında qazlaşdırmaya aid olanların da mühüm əhəmiyyəti vardır. Məhz  onların gerçəkləşməsi nəticəsində şəhərlərin, rayon mərkəzlərinin, iri  kənd  və qəsəbələrin mavi yanacaq problemi tam həll olunmaqla yanaşı, ən ucqar dağ kəndləri də qazla təmin edilmiş  və   ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
Respublikamızda  nəqliyyat infrastrukturu da böyük dərəcədə müasirləşmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir.
Ölkəmizdə  icra  edilən  infrastruktur  layihələri   arasında  su layihələri xüsusi yer tutur. Prezident İlham Əliyevin müşavirədəki nitqində vurğulandığı kimi, Azərbaycanda 2004-cü ildən ilk regional inkişaf proqramı qəbul ediləndən bəri ölkənin həm təsərrüfat, həm də içməli su ilə təchizatının yaxşılaşdırılması üçün vacib tədbirlər həyata keçirilmişdir. Məhz həmin tədbirlər nəticəsində ölkədə içməli su ilə təchizat 40 faizdən  70, bölgələrdə 9 faizdən 63 faizə çatmışdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən, təxminən 82 faizə yüksəlmişdir. 
Göründüyü kimi bu istiqamətdə məqsədli formada  uzaq hədəflərə hesablanan layihələr icra olunmaqdadır.  Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici  qurğuların inşa edilməsi, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları bu qəbildən olan layihələrdir. Ümumiyyətlə  Azərbaycanda içməli su və suvarma suyu ilə təminatın 100 faiz təmin olunması üçün  bir sıra iri layihələr davam etdirilir.
Düzdür, bu sahədə  problemlər hələ də mövcuddur. Çünki  qlobal iqlim dəyişilmələri ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan uzun sürən quraqlıqlar, o cümlədən son 2-3 ildə çaylarda baş verən sel və daşqınlar içməli su problemi yaratmaqdadır.
Su çatışmazlığı ilə yanaşı, digər ciddi bir məqam isə çayların, xüsusilə transsərhəd çaylarının sularının qonşu ərazilərdə çirklənməsi və keyfiyyətlərinin pisləşməsi ölkədə sosial-ekoloji gərginliyi gücləndirən əsas amildir. Digər ciddi bir məqam isə qlobal miqyasda su qıtlığının yaranması  ilə bağlı olan məsələdir. Belə ki,  dünya alimlərinin də hesablamalarına görə,  sonrakı dönəmlərdə dünyada su qıtlığı getdikcə daha da artmış olacaqdır.   Odur ki, itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməli, su ehtiyatlaırndan düzgün istifadəni edilməli və bu istiqamətdə indidən addımlar atılmalıdır. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır.


RİHB-nın   müavini,  Sosial-iqtisadi    inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri            

İlkin  Şəfizadə

Keçidlər